"Dərin qorxu" metaforik assosiativ kartları
Hamımızın qorxuları var. Bəzən bu qorxular şüuraltının dərinliklərində gizlənərək özünü büruzə vermir, bəzən isə əksinə, ön plana çıxaraq bizi hərəkətsiz qoyur. Fobiyalarımıza və qorxularımıza qalib gəlmək üçün onları qəbul etməyi və yaranma səbəblərini tapmağı öyrənməliyik. "Dərin qorxu" metaforik assosiativ kartları bu yolda sizə kömək edəcəkdir.
Metaforik assosiativ kartlar (MAK) — qorxuların diaqnostikası və korreksiyası, onların yaranma səbəblərinin aşkar edilməsi və müxtəlif həyat situasiyalarının üzərində işləmək üçün nəzərdə tutulmuş kartlar dəstidir. Kartlardakı hər bir təsvir düşüncələrin, hisslərin, xatirələrin və yaşantıların assosiasiyasını və ya metaforasını yaradır. Bu dəst qorxulara qalib gəlməyə, onlara fərqli prizmadan baxmağa, yenidən həyatdan zövq almağa və hər günə sevinməyə kömək edəcək.
MAK aşağıdakılarda kömək edir:
Daxili maneələri (baryerləri) aradan qaldırmağa;
Qorxulara qalib gəlməyə;
Aktual problemləri üzə çıxarmağa;
Öz daxili dünyanızla təmas qurmağa;
Problemlərin həlli yollarını tapmağa;
Şüuraltına müraciət etməyə.
Dəstə bir neçə açılış (rasklad), məşq və oyunların yer aldığı ətraflı metodik vəsait daxildir. Bu kartlarla işlədikdən sonra siz qorxularınızın gözünə cəsarətlə baxa və onlara qalib gələ biləcəksiniz.
Dəstə daxildir:
50 kart;
Metodik vəsait.