Tapşırıqlı gündəlik «Извини, я занята»
Bu gündəlik gün üçün plan qurmağa və ən vacib işlərin siyahısını hər zaman əlinin altında saxlamağa kömək edəcək. Həmçinin diqqətini yayındırmaq, əylənmək və bir az düşünmək istədikdə əvəzolunmaz köməkçin olacaq.
İçində səni gözləyir:
Yaradıcı çağırışlar;
Kreativlik tapşırıqları;
Faydalı vərdişlər üçün izləyicilər (trekerlər);
Filmlərin, kitabların, maraqlı yerlərin siyahıları (çek-listlər).
Bütün bunları və daha çoxunu gündəliyin səhifələrində edə bilərsən!
Ölçü: 20 x 14 sm