Stolüstü oyun “Yeddi qarış ağıl”
Uşaqlar üçün məntiq və çevik düşüncə bacarıqlarını inkişaf etdirən viktorina oyunudur.
Oyunçu başına halqa taxır, üzərində söz və ya şəkil olan kartı görmədən yerləşdirir və digər oyunçulara “bəli/xeyr” sualları verərək bir dəqiqə ərzində onu tapmağa çalışır. Düz taparsa, fişka qazanır. Məqsəd – ilk olaraq 10 fişka toplamaqdır.
Oyun düşüncəni, söz ehtiyatını və sual qurma bacarığını inkişaf etdirir. 6 yaşdan yuxarı 2–6 oyunçu üçün uyğundur, oyun müddəti 20–40 dəqiqədir.
Komplektasiya:
Tapşırıq kartları
Halqalar
Qum saatı
Fişkalar
Oyun qaydaları
Material: karton, plastik.