MİNİ SEYF-QUTU: SİRLİ "KRİPTEKS" (CRYPTEX)
"Da Vinçi Şifrəsi" filmindən gizli sandıqça və kvestlər üçün kilid
Kripteks — içindəki əşyaya çatmaq üçün xüsusi şifrə yığılmalı olan, kodla qorunan metal konteynerdir.
Bu Cryptex dünyaca məşhur "Da Vinçi Şifrəsi" əsərindəki orijinal model üslubunda hazırlanıb ki, bu da onu daha da cəlbedici edir.
Məhsulun Tariçəsi və Özəlliyi:
"Da Vinçi Şifrəsi" romanında kripteks, beş ədəd mərmər diskdən ibarət olan daş silindr kimi təsvir olunur. Bu disklər zərif bürünc çərçivə daxilində bir-birinə bərkidilib. Silindrin yan qapaqları isə daxili hissənin görünməsinə imkan vermir.
Romandakı təsvirə görə, kripteksin daxili bölməsində nazik papirus üzərində gizli məlumatlar saxlanıla bilər. Təhlükəsizlik üçün papirus bəzən sirkə ilə dolu kövrək flakonun ətrafına sarılır. Əgər kimsə parolu bilmədən kripteksi güclə açmağa çalışarsa, flakon qırılır və sirkə papirusu oxunmaz hala gətirərək məhv edir.
Dəstə Nələr Daxildir?
Məhsulun qablaşdırması və zəngin dəsti Sizi heyran edəcək! Kripteks-kilid elə bir qutudur ki, onu açdıqda qarşınızda dünyaca məşhur "Üzüklərin Rəbbi" romanından iki ədəd üzük çıxacaq.
Dəstə daxildir:
Kripteks (metal seyf-qutu)
İki ədəd üzük ("Üzüklərin Rəbbi" üslubunda)
İki ədəd asma ip (üzükləri boyundan asmaq üçün)
Məxmər kisə
Təbrik kartı (açıqca)
Premium hədiyyə qutusu
Bu, sevgililər və unikal əşyaları sevən kolleksiyaçılar üçün möhtəşəm bir hədiyyədir.
Texniki Xüsusiyyətləri:
Qutunun ölçüsü: 13 x 5,5 sm
Məhsulun çəkisi: 680 q
Hədiyyə qablaşdırmasının ölçüsü: 17 x 11,5 x 7,5 sm
İlkin (zavod) parolu: I LOVE U