Oyunun başlaması: Oyuna başlamazdan əvvəl hər oyunçuya bir bığ paylayın. Kart dəstəsini yaxşıca qarışdırın və üzüaşağı şəkildə bir yerə yığın. Bütün oyunçular növbə ilə bığları burunlarının altına tutaraq «ölçürlər». Bığları elə taxmaq lazımdır ki, sorucu hissə (vakkum) çöldə qalsın – onun vasitəsilə siz kartları tutacaqsınız.
Oyunun gedişatı:
Birinci oyunçu dəstənin ən üstündəki kartı çevirir və masanın ortasına, hər kəsin əli çata biləcəyi yerə qoyur.
Bütün oyunçular kartın üzərində hansı bığın çəkildiyinə diqqətlə baxırlar.
Əgər kartdakı bığın forması və rəngi oyunçunun əlindəki bığla eynidirsə, o, dərhal bığı ilə kartın üzərinə vurmalıdır. Sorucu hissə həmin kartı götürüb şəxsi «bığ kolleksiyanıza» qatmağa kömək edəcək.
Xüsusi kartlar: Sizə rəngbərəng bığlı kart da çıxa bilər. Bu o deməkdir ki, bığın rənginin heç bir əhəmiyyəti yoxdur! Həmin formadakı bığa sahib olan oyunçu mümkün qədər tez kartın üzərinə vurmalıdır.
Qalib: Oyunun sonunda kimin bığ kolleksiyası daha böyükdürsə, o da qalib gəlir!
