Masaüstü oyunu “Slovomaniya”

Masaüstü oyunu “Slovomaniya”

Masaüstü oyunu “Slovomaniya”
Masaüstü oyunu “Slovomaniya” Masaüstü oyunu “Slovomaniya” Masaüstü oyunu “Slovomaniya” Masaüstü oyunu “Slovomaniya”
Artikul: 202602g
Movcudluğu: Movcuddur
Çatdırılma 2-12 saat ərzində həyata keçirilir.
Telefonla sifariş üçün: 055-793-34-94whatsapp
Qiymət: 25.0AZN
Sayı:  
Ünvan: Nizami mall, FLAME.az

Masaüstü oyunu “Slovomaniya”

Qablaşdırmanın ölçüsü: 29 × 29 × 7 sm
Yaş: 6 yaşdan

Slovomaniya– sürət üzərində söz tapmaq üçün maraqlı masaüstü oyundur.

Oyunun qaydaları:
Oyuna “A” hərfinə ən yaxın olan oyunçu başlayır. Kart götürün və bir kateqoriya seçin. Sonra çarxın mərkəzindəki düyməni basın və kartdakı suala cavab vermək və cavab sözünüzün ilk hərfini çarxda seçmək üçün dəqiq 10 saniyəniz var.

Daha sonra növbə növbəti oyunçuya keçir. O da mərkəzdəki düyməni basır, həmin karta cavab verir və sözünün ilk hərfinə uyğun düyməni seçir. Basılmış hərflər bu raundda artıq istifadə oluna bilməz, buna görə hər yeni gedişlə cavab variantları azalır.

Əgər oyunçu taymer işləyərkən 10 saniyə ərzində söz deməyə çatdırmasa, o uduzur və növbə növbəti oyunçuya keçir.

Raund yalnız bir oyunçu qalanda bitir.

Əgər bütün hərflər istifadə olunubsa və birdən çox oyunçu qalıbsa, qalan oyunçular overtime (əlavə vaxt) rejimində oynamağa davam edirlər: hərflər yenidən başlanğıc vəziyyətinə qaytarılır (fiksator vasitəsilə). Qalan oyunçular yeni kateqoriya üçün 10 saniyə ərzində 2 müxtəlif hərflə 2 cavab variantı deməlidirlər.

Əgər hərflər yenə qurtararsa və hələ də birdən çox oyunçu qalarsa, onda oyun bir gedişdə 3 söz deməyi tələb edir və bu qayda eyni şəkildə davam edir.

Oxşar mallar

Ünvan: metro Nizami, Nizami Mall, mağaza FLame

azericard
Orijinal Hədiyyələr Internet magazin © 2013 Baku